banner
banner

Şou

Çox uşaqlı məşhur analar - fotolar

Çox uşaqlı məşhur analar -

Son vaxtlar ulduzlar arasında uşaq sevgisi oyanıb.
Tezliklə dünyanın ən çox qazanan modellərindən biri Natalya Vodyanova beşinci dəfə ana olacaq. Əri, məşhur futbolçu Devid Bekhemdən boşanmağa hazırlaşan Viktoriyanın da 5-ci dəfə ana olmağa hazırlaşması barədə məlumatlar yazılmaqdadır. Amma tərəflərdən heç biri hələlik buna münasibətini bildirməyib.
Çox uşaqlı ailələrdən danışanda ilk yada düşən Ancelina Colidir. Özü də aktrisa 3 uşağı öz övladları anadan olmazdan illər öncə, 2002-ci ildə övladlığa götürüb. Hazırda A.Coli 6 uşağa analıq edir.



Model, müğənni, hazırda isə dizayner olan Viktoriya Bekhem 4 uşaq anasıdır. Onun böyük oğlunun 17 yaşı var. Futbolçu Devid Bekhemlə münasibətlərinin çox soyuq olduğu deyilir və cütlüyün bir ölkədə yaşamadığı xeyli söz-söhbətlərə yol açır.



Rusiyalı model Natalya Vodyanova da 4 uşaq anasıdır. Hazırda 5-ci uşağa hamilə olan model ilk uşağını 19 yaşında dünyaya gətirib. 32 yaşlı model uşaqları çox sevdiyini dəfələrlə müsahibələrində qeyd edib.



"Beverli-hilz" serialından sonra Tori Spellinqin şəxsi həyatında bəxti gətirib.İkinci nikahı uğurlu olduğundan o 4 uşaq dünyaya gətirib.



Super model Haydi Klum da uşaqlara sevgisi ilə tanınır. İlk dəfə sevgilisindən uşaq dünyaya gətirəndən sonra Haydi başqasına ərə gedib. Bu nikahından 3 uşağı olsa da, 2012-ci ildə o ərindən ayrılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.