banner
banner

Şou

Qalmaqal bitdi! - Barışdılar

Qalmaqal bitdi! - Barışdılar

Müğənni İradə İbrahimova ilə Nadir Qafarzadə barışıb.

Bu haqda Axşam.az-a açıqlamasında N.Qafarzadə deyib.

Bir müddət əvvəl Nadir həmkarının ünvanına “İradəni qapalı xanım kimi tanımışam. O başqa şeylərlə gündəmə gələn olmayıb. Ondan ailə fotolarını yaymağı gözləmirdim” sözlərini demiş, onu oğlu Əli dünyaya gələn zaman çəkilən videosunu yaydığına görə qınamışdı.
 
İfaçının bu sözləri qarşı tərəfi özündən çıxarmışdı. 

İ.İbrahimova açıqlamalarının birində ad çəkmədən onu tənqid edən Nadirə sərt sözlər deyib: 

“Arvadı ilə selfi çəkib paylaşmaq, dodağını silikon etdirmək ayıb deyil? Mən qadınam , heç silikonum yoxdur”. 

N. Qafarzadə İ.İbrahimova ilə Türkiyədə görüşdüyünü və incikliyə son qoyduqlarını bildirib: 

“Mənim qəlbimdə kin, qurd yoxdur. Aramızda anlaşılmazlıq oldu. Ağzımdan çıxan sözü başqa formada başa düşmüşdü. Bacısı Nigarla danışdım. Sonra isə Türkiyəyə gedəndə İradə xanıma zəng vurdum ki, qəlbində inciklik qalmasın. Onun həyat yoldaşı ilə də görüşdük, məni balıq yeməyə apardı. Yedik-içdik, söhbət etdik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.