banner
banner

Sosİal

İsmayıllıda torpaq sürüşməsi ÜÇ KƏNDLƏ ƏLAQƏ KƏSİLDİ

İsmayıllıda torpaq sürüşməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası tərəfindən İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində baş vermiş sürüşmə sahəsində araşdırma aparılıb.

Bu barədə APA-ya məlumat verən ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, sürüşmə prosesi Sərsurə kəndinin giriş hissəsində, Sulut çayının sağ sahilində mailliyi 35-45 dərəcə olan dağətəyi ərazidə baş verib.

O bildirib ki, sürüşmə sahəsinin uzunluğu 750-800 metr, eni 350-400 metr, qırılma qaşının hündürlüyü isə 2-5 metrdir: “Sürüşmə prosesi pilləvari şəkildə baş verib və 2 bloka ayrılıb. Hər bir blokda qırılma qaşının hündürlüyü müxtəlifdir. Sürüşmə kütləsi üzərində uzunluğu 20-75 metr, eni 12-140 santimetr olan müxtəlif istiqamətdə çatlar müşahidə olunub. Bu çatlar hipsometrik cəhətcə sürüşmənin daban hissəsində su ilə dolmuş vəziyyətdədir.

Avtomobil yolunda və sürüşmənin dil hissəsində yerüstü və yeraltı su axınları nəticəsində kiçik ölçülü gölməçələr əmələ gəlib. Prosesin əsas səbəbi isə bu ilin may ayının III ongünlüyündə intensiv yağışların yağmasıdır”.

Baş geoloq əlavə edib ki, sürüşmə prosesi nəticəsində avtomobil yolunun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb: “İsmayıllı rayonunun Sulut, Kələzeyvə və Sərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti tam dayanıb. Bununla yanaşı, aparılan araşdırma zamanı o da müəyyən olunub ki, torpaq sürüşməsi baş vermiş ərazidə avtomobil yolunun sağ kənarı boyu İsmayıllı rayonunun Sulut, Kələzeyvə, Sərsurə, eləcə də Ağsu rayonunun Kalva, Xatman, Nuran, Dilman, Hacman və Suraxanı kəndlərinə çəkilmiş, gərginliyi 10 min kilovat olan elektrik xəttinin dirəkləri əyilib. Hazırda sürüşmə prosesi aktiv fazadadır. Sürüşmə kütləsinə hər hansı müdaxilə sürüşmə prosesinin daha da aktivləşməsinə səbəb ola bilər”.

Ə. Piriyev onu da qeyd edib ki, sürüşmə baş vermiş ərazi ilə Sərsurə kəndi arasındakı ərazidə fərdi yaşayış evlərinin yaxınlığında uzunluğu 4-5 metr, eni 1-1,2 sm ölçüdə kiçik ölçülü çatlar yaransa da, bu evlər sürüşmə sahəsindən 450-500 metr məsafədə yerləşir və hazırda evlər üçün təhlükə müşahidə olunmur: “Hazırda müvafiq qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür, yolun bərpası ilə bağlı işlər aparılır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.