banner
banner

Sosİal

Zərdabda tülkü sakinə hücum edib

Zərdabda tülkü sakinə hücum edib
Zərdabda şəhər mərkəzində vəhşi heyvan sakinə hücüm edib
Hadisə axşam saatlarında rayonun Nizami küçəsində baş verib. Belə ki, rayon sakini Vüsal Rəhimov axşam saatlarında özünə məxsus videostudiyada iş gördüyü zaman ofisə tülkü girib.
Vəhşi heyvan ətrafdakı insanların köməyi ilə ərazidən uzaqlaşdırılıb. Qeyd edək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər ev quşlarını tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni tələf etdiyini bildirib.
Zərdab rayonu Kür çayının sahilindəki meşə massivinə yaxın olduğundan vəhşi heyvanlar son günlər kəndlərlə yanaşı, hətta şəhər mərkəzində də tez-tez görünürlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.