Türkiyəli müğənni Can Bonoma və model Didem Soydan uzun müddətdir eşq yaşayırdı. Hətta cütlük bu yay nikah masasına oturmağı planlaşdırırdı. Cütlük ayrıldığını bəyan edib. Münasibətin bitməsinə səbəb hər iki tanınmışın işlərinin çoxluğu olub.
Didəm məsələ ilə bağlı açıqlamasında “Xeyirlisi, işlərimizin çoxluğuna görə belə olmalıydı. Yaxın günlərdə media nümayəndələrinə geniş açıqlama verəcəyik” deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.