Qazaxlstanın Aktobe şəhərində yerləşən “Nur Siti” mikrorayonu polis tərəfindən mühasirəyə alınıb, hərəkət edən avtomobillər bir-bir yoxlanılır.
Virtualaz.org Qazaxıstanın “Tengrinews” agentliyinə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, bu gün səhər saat 6-da (Bakı vaxtı ilə 5-də) burada atışma səsləri eşidilib.
“Nur Siti” dövlət proqramı üzrə tikilmiş mikrorayondur və burada, əsasən. Dövlət qulluqçuları və müəllimlər yaşayır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.