Demetdən Handeyə: "Səni mən belə qurtara bilmərəm"
Ötən gün Kiprdə səhnəyə çıxan Hande Yener uzun zamandır soyuq münasibətdə olduğu Demet Akalına tikanlı sözlər ünvanlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Yener səhnədə yeni mahnısı "Mor"u səsləndirərkən, "Bənövşə rəngini özünə yaraşdıran insan varmı? Bəzi insanlara heç bir şey yaraşmır" sözlərini Demet Akalına ünvanladığı hər kəsə bəlli idi. Ünvanına deyilən atmacanı mətbuatdan oxuyan D.Akalın küsülü olduğu həmkarını cavabsız qoymayıb. O, sosial şəbəkədə bunları yazıb:
"Sən busan, ancaq sataşırsan. Yazığım gəlir. Səni mən belə qurtara bilmərəm. Adımı əsla ağzına alma"
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.