banner
banner

Dünya

Əfqanıstanda Taliban basqını: 6 ölü

Əfqanıstanda Taliban basqını: 6 ölü
Əfqanıstanda Taliban hərəkatı yeni terror aktı törədib. Musavat.com xarici mediaya isitnadən bildirir ki, Taliban terrorçularının həyata keçirdiyi basqında aralarında ölkənin şimalında yerləşən Sar-i Pul vilayətinin Sancaraq rayonunun kəşfiyyat rəisi Sayed Şerefeddinin də olduğu 6 şəxs həlak olub.
 
Sar-i Pul qubernatorluğunun sözcüsü Zəbihullah Amaninin Anadolu agentliyinə verdiyi açıqlamaya görə, Taliban silahlıları Sancaraqın Ləngər bölgəsində kəşfiyyat rəisinin maşınına pusqu qurublar.
 
Amaninin sözlərinə görə basqında kəşfiyyat rəisindən başqa, onun müavini, 3 mühafizəçisi və bir müəllim də həlak olub. Hadisə kəşfiyyat rəisinin qatıldığı bir dəfn mərasimindən rayon mərkəzinə  geri dönərkən baş verib.
 
Qeyd olunur ki, terror təşkilatı basqınla bağlı məsuliyyəti öz üzərinə götürüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.