ABŞ-da qaradərili Dronte Qamiltonu öldürən sabiq polis zabiti Kristofer Menni məhkəməyə cəlb olunmayacaq.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı işi aparan prokuror bəyan edib ki, keçmiş asayiş keşikçisi öz vəzifə səlahiyyətini aşmayıb.
Məlum olduğu kimi, Kristofer Menni qaradərili Dronte Qamiltonu Miluoki şəhər parkında yatmış vəziyyətdə aşkar edib. Yuxudan oyanan Qamilton polis əməkdaşına hücum edib. Cavab olaraq Kristofer Menni qaradəriliyə 14 dəfə atəş açaraq öldürüb.
İstintaq zamanı Dronte Qamiltonun şizofreniyadan əziyyət çəkdiyi müəyyən edilib. İnsidentdən sonra polis zabiti Kristofer Menni xidmətdən qovulub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.