banner
banner

Dünya

İran prezidenti Livana kömək edəcək

İran prezidenti Livana kömək edəcək

İran parlamentinin spikeri Əli Laricani Yaxın Şərq turu çərçivəsində Livana səfər edib. İranlı dövlət rəsmisi paytaxt Beyrutda ölkənin baş naziri Təmməm Salam ilə görüşüb.

Bir qədər əvvəl Laricani Suriyada prezident Bəşər Əsədlə görüşmüş, tərəflər regionda baş verən siyasi-iqtisadi hadisələri müzakirə etmişdilər. Livanda baş tutan görüşdə də Yaxın Şərq hadisələri əsas müzakirə mövzusu olub. Laricani Livanda yeni prezidentin seçkilməsində hökumətə dəstək olacağını deyib.

May ayından bəri Livanda prezident kürsüsü boş qalıb.

Laricani çıxışı zamanı qeyd edib ki, Yaxın Şərqdə cərəyan edən zorakılıqlar fonunda diqqətlər, əsasən, sionist rejimə qarşı mübarizəyə yönəlməlidir.

“İnanıram ki, belə bir zamanda iki şeyə diqqət etmək lazımdır: Birincisi İsrailə qarşı, ikincisi isə, regionu bürüyən ekstrimizm və terrorizmə dalğasına qarşı mübarizə. Livan həmişə İsrailə qarşı mübarizə aparıb və buna görə ona mükafat düşür. Livan ordusu ekstrimçilərə qarşı mübarizədə bütün vasitələrdən istifadə etməlidir”.

Laricanin daha sonra İraqa səfəri gözlənilir. İran hökuməti region ölkələri ilə münasibətlərini möhkəmləndirməyə çalışır.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.