banner
banner

Dünya

Pentaqon: Rusiya ordusu Rakkaya tərəf irəliləyir

Pentaqon: Rusiya ordusu Rakkaya tərəf irəliləyir

Pentaqon Rusiyanın dəstəyi ilə Suriya ordusunun Rakka istiqamətində irəliləməsini müşahidə edir. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Amerikanın müdafiə idarəsinin rəsmi nümayəndəsi Kristofer Qarver deyib.

Jurnalistlər Pentaqon nümayəndəsinə sual veriblər: «Suriya ordusu Rakka istiqamətində hərəkətini davam etdirirmi və bu hərəkət Rusiya tərəfindən dəstəkləniurmi?»

«Biz suriyalıların, yaxud rusiyalıların mətbuat katibi olmamağa çalışırıq. Lakin müşahidə etmişik ki, onlar cənub və qərb istiqamətlərindən Rakkaya doğru irəliləyirlər. Mən onların konkret niyyətləri barədə danışa bilmərəm. Lakin indiki vəziyyətə görə, onların Rakkaya irəliləməsi görünür», - Qarver deyib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.