26 yaşlı moldovyalı model Kseniya Deli ailə həyatı qurub. Castin Biberın "What Do You Mean" adlı klipi ilə məşhurlaşan model, 62 yaşlı misirli milyarder Ossama Fathi Rabah Al-Shariflə nikaha daxil olub. Atası türk, anası moldovalı olan modelin, Instaqram hesabından ay və ulduzlu nişan üzüyünün fotosunu paylaşması türk fanatları tərəfindən bəyənilib.
Xatırladaq ki, "What Do You Mean" klipində Castin Biberlə olan açıq-saçıq səhnələrdən sonra Biberin fanatlarından ölüm təhdidləri alan Deli, "Aramızda heç bir şey yoxdur" deyə, açıqlama vermək məcburiyyətində qalmışdı.
“Playboy”un keçmiş simalarından olan Kseniya Deli, “Victoria's Secret” üçün də modellik edib. Artıq milyarder xanımı olan Deli xoşbəxtliyini sosial mediadan sərgiləyir.
Qeyd edək ki, həyat yoldaşı modelə evlilik hədiyyəsi olaraq, lüks avtomobil, zinət əşyaları alıb. Ərinə aşiq olduğunu deyən model, ona "kralım, ruhum” deyə, müraciət edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.