Əksər müsəlman ölkələrində Ramazan ayı boyunca telekanallarda dini mövzularda marifləndirici verilişlər verilir, imsak və iftar vaxtları göstərilir. Qonşu Türkiyə televiziyaları Ramazan ayında verdiyi dini gözəl verilişlərə görə örnək sayıla bilər. Azərbaycanda isə Ramazan ayında ANS-dən başqa heç bir kanalda imsak və iftar vaxtları da göstərilmir. Maraqlıdır, Azərbaycan kanallarında dini verilişlərin yayımlanmamasının günahkarı kimdir, QMİ, Dini Komitə, yoxsa bu, sırf telekanalların özləri ilə bağlı məsələdir?
Tanınmış telejurnalist Qulu Məhərrəmli Ramazanın bütün müsəlman ölkələrində böyük coşqu ilə qeyd olunduğunu xatırlatdı: “ANS televiziyası və radiosunda bu çox yaxşı işıqlandırılır. Bu bizim televiziyaların təcrübəsində əvvəllər olub. AzTV-nin özündə də Ramazana aid verilişlər olub. Biz o vaxt səhər proqramında duaları da verirdik. Bəzən elə davranış sərgilənir ki, biz sanki oğrun-oğrun İslama qulluq edirik. Yəni insanın məsləki, əqidəsi, dinə bağlılığı var. Azərbaycan da İslam ölkəsidir və burada da bu mərasimin, Ramazan ayının işıqlandırılmasında heç bir qəbahət yoxdur. Bu, tərbiyədir, insanların şüuruna, əxlaqına, beyninə tərbiyədir. Əgər biz insanların şüuruna təsir etmək üçün yaxşı bir şey düşünüb texnologiya tapa bilmiriksə, heç olmasa hazır olan, mövcud olan bəşəri din olan İslamın gətirdiyi ideyaları təqdim edək”.
Q.Məhərrəmli dinin təbliğində ciddi problemlər olduğunu bildirdi: “Bizdə din düzgün təbliğ olunmur. Ona görə də insanların dini bilikləri çox aşağı səviyyədə- nadanlıq, xurafat səviyyəsindədir. Ona görə də bu məsələlərlə bağlı bizim yaxşı müzakirələrimiz olmalıdır. Yəni biz İslam dini haqqında təkcə Ramazan və Qurbanda deyil, hər gün danışmalıyıq. Ramazan bayramında isə xüsusən geniş danışmalıyıq. Bizim cəmiyyətə, xüsusən də indiki mənəvi böhran zamanı insanlarda şüuraltı mənəvi bir çaşqınlıq var. Hesab edirəm ki, Allah yoluna gəlmək üçün bu bir fürsətdir, bunu normal şəkildə təqdim etmək olar və lazımdır”.
Deputat Fazil Mustafa Azərbaycanda Ramazan ayının fürsətlərindən istifadə olunmadığını dedi: “Dini bilgisi olan insanların televiziyada insanları İslamın mahiyyəti ilə bağlı tanış etməsi, daha maraqlı proqramlarla tərtib olunması insanlarda düşüncə dəyişikliyinə səbəb ola bilər, xurafatdan, radikallıqdan uzaqlaşdıra bilər. Təəssüf ki, illərdi bu istiqamətdə addımlar atılmır. 5-6 il öncə ”Xəzər", “İctimai TV”də bu istiqamətdə müəyyən addımlar var idi. Amma indi demək olar ki, bu addımlar tamamilə dayandırılıb. Bu istiqamət isə yanlış istiqamətdir. Şükürlər olsun ki, Türkiyə kanalları var. Əslində Azərbaycan İslam dəyərlərini daşıyan bir dövlət kimi özünü təqdim etməli olur. Əgər biz gerçəkdən də insanların İslam inancının çoxluqda olduğu ölkəyiksə, ən azı inanclarımıza görə müəyyən proqramların olması vacib idi. Hesab edirəm ki, Ramazan ayında insanlara verilən sağlam mesajlar insanların daha sağlam din anlayışına sahib olmasına şərait yaradar".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.