Fariz Məmmədov çempion kəmərini Tale Heydərova verdi
Bu gün "Qəbələ" klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb.
Qol.az bildirir ki, bu barədə Fariz Məmmədov öz İnstagram səhifəsində yazıb.
Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib.
F.Məmmədov saytın müxbiri ilə söhbətində görüşlə bağlı təəssüratlarını bölüşüb: "Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla "Qəbələ" İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.