Müğənni Təranə Qumral gündəmdə qalmağın yollarını yaxşı bilir. O, istədiyi vaxt bütün medianın diqqətini bir açıqlaması ilə öz üzərinə çəkməyi yaxşı bacarır.
Açıqlamalarında küsüşdüyü, bostanını daşladığı həmkarını "silikonlu nənə" adlandıran müğənni əməliyyat etdirmədiyini və üz cizgilərinin dəyişmədiyini nümayiş etdirmək üçün 18 il əvvəl çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.
CİA.Az tabloid.az-a istinadən müğənninin həmin fotosunu təqdim edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.