Dövlət başçısı İlham Əliyevin rüşvətxorluğa qarşı mübarizədə sərt tədbirlərinə, ciddi xəbərdarlııqlarına baxmayaraq, Sumqayıt Dövlət Universiteti ali təhsil məkanında at oynadır.
Bu barədə Aktual.az-a tələbələr məlumat verib.
Qış imtahan sessiyası ərəfəsində qrup nümayəndələrinə tapşırılıb ki, tələbələrdən hər imtahan üçün 50-70 manat arası (kim hansı qiyməti almaq istəyirsə, ona uyğun) pul yığılsın. Üstəlik, xəbərdarlıq edilib ki, olmaya-bilməyə pul məsələsi barədə kiməsə bir kəlmə söz deyəsiniz. Görəsən, Universitetin rəhbərliyi, pedaqoji kollektivi bilmirmi ki, tələbə bu barədə, ən azı, ailəsinə xəbər verməlidir. Yoxsa onun pulu hardandır? Hər ailənin də 3-4 nəfər üzvü olsa, deməli, bu rüşvət məsələsini minlərlə adam biləcək . Hələ qohum-əqrəbanı demirik…Molla Cumanın sözü olmasın, sirri bilən ya bir olar, ya iki… Bu qədər adamın arasında sirr qalar? SDU-nun səlahiyyət sahibləri də yaxşı bilirlər ki, bu qədər adamın arasında sirr qalmaz. Amma nə Allahdan qorxurlar, nə bəndədən, nə də qanundan. Görəsən, kimə və nəyə arxayındırlar?
Məsələ ilə bağlı Sumqayıt Dövlət Uiversiteti ilə əlaqə saxladıq. Universitetin kafedra müdiri Şirxan Səlimov Aktual.az-a açıqlamasında bildirdi ki, o həm də imtahanlarla bağlı yaradılan qərargahın sədri, eləcə də imtahanlarla əlaqədar yaradılan qaynar xəttin rəhbəridir və bu problemi araşdıracaq. Ş. Səlimov araşdırma aparmaq üçün şikayət edən tələbələrin adlarını onlara təqdim etməyimizi istəyib. Tələbələr isə Aktual.az-a, adları açıqlandığı halda, onlara problem yaranacağını, sıxışdırılacaqlarını, haqlı-haqsız təqib ediləcəklərini əsas gətirərək adlarının gizli saxlanmasını xahiş ediblər. Əməkdaşımız tələbələrin bu fikirlərinə hörmətlə yanaşaraq, onların adlarını kafedra müdirinə deməyib. Şirxan Səlimov da bu məsələni araşdıracağını bildirib. Mövzunu davam etdirəcəyik.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.