banner
banner

Sosİal

Şəkidə 58 yaşlı kişini ilan sancıb

Şəkidə 58 yaşlı kişini ilan sancıb

Şəkidə taxıl sahəsində işləyən 58 yaşlı kişini ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 15-i günün ikinci yarısında rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarət ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 58 yaşlı F.Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F.Seyidova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. F.Seyidovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.