Eldar Mahmudovun öldüyü haqda yayılan bu xəbəri hələlik başqa mənbələrdən, eləcə də rəsmi strukturlardan dəqiqləşdirmək mümkün olmayıb. Bununla belə keçmiş milli təhlükəsizlik nazirinin faktiki olaraq ev dustaqlığı şəraitində saxlanıldığı və düşdüyü depressiya şəraitində hər gün içdiyi haqda daha əvvəl də məlumatlar daxil olurdu. Mənbələrə görə Mahmudov həddən artıq içirdi və dəfələrlə bu səbəbdən halı pisləşirdi.
* * *15:54
Sosial şəbəkələrin Azərbaycan seqmentində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Həmin xəbər ölkənin aztirajlı saytlarına istinadən verilib.
Həmin saytlarda deyilir ki, Eldar Mahmudov yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Azerinews.tv-ni bilgiləndirən mənbənin məlumatına görə, yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışırmış. İçki alüdəsinə çevrilməsi də onun ürəyində olan problemləri artırıb.
Sabiq nazirin səhətində yaranan ciddi problemlər onun qəfil ürəktutmasına yaxalanmasına səbəb olub. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilsə də onu qurtarmaq mümkün olmayıb.
Mənbə hadisənin günorta vaxtı baş verdiyini iddia edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.