Nikaraquada Sakit və Atlantik okeanları arasında kanalın çəkilişinə başlanılıb. Tikinti işlərini Honkonqun “HKND Group” şirkəti aparır. Yaxın 50 ildə layihədən əldə olunan gəlirdən istifadə etmək hüququ bu şirkətə məxsus olacaq.
“Euronews”un yaydığı məlumata görə, kanalın tikintisi Nikaraqua Prezidentinin ölkədə kasıblıqla mübarizə üzrə strategiyasının bir hissəsini təşkil edir. Layihənin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir. Ehtimal edilir ki, tikinti müddətində ölkədə 200 min iş yeri yaranacaq. Kanal istismara verildikdən sonra isə 50 min nəfər işlə təmin olunacaq.
Layihənin əleyhdarları hesab edirlər ki, kanalın çəkilişi ciddi ekoloji risklər doğurur və ətraf mühitə ağır zərər vuracaq.
Yeni kanalın 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da yüklərin Amerika, Avropa və Asiya arasında dəniz yolu ilə daşınmasına çəkilən xərclər təqribən üç dəfəyədək azalacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.