banner
banner

Sağlamlıq

Arıqladan, böyrək daşlarını təmizləyən çay - RESEPT

Arıqladan, böyrək daşlarını təmizləyən çay - RESEPT

Gilas saplağıyla hazırlanan çayın faydaları bəlkə də çoxlarına məlum deyil. İlk növbədə böyrəklərə yaxşı təsir etdiyini bildirək.

Sidik turşusunun bədəndən atılmasını təmin edir, böyrək daşı və qum yığılmasının qarşısını alır. Gilas saplağından hazırlanan çayın digər faydaları ilə sizi tanış edirik.

- Gilas saplağı qan təmizləyici xüsusiyyətə malikdir. Qandakı zərərli maddələrin atılmasını asanlaşdırır. Xolesterolu aşağı salır və ürək-damar sağlamlığına yaxşı təsir edir.

- Sakitləşdiricidir. Həddindən artıq susuzluq hiss etdikdə içsəniz, susuzluğu aradan qaldırar. Bu səbəbdən xüsusilə Ramazan ayında gilas saplağı çayına üstünlük verilə bilər.

- Sidik yolu infeksiyasına qarşı təsirlidir. Sidik sökdürücü xüsusiyyəti var.

- Gilas sapı başqa bitkilərlə qarışdırıldıqda arıqladıcı xüsusiyyətini nümayiş etdirə bilər.

Arıqladan gilas saplağı çayının resepti: 1

Lazım olan ərzaqlar:

- Gilas saplağı - 1 x.q.

- Dəfnə yarpağı- 5-6 ədəd

- Qarğıdalı saçağı - 1 x.q.

Hazırlanması:

Bütün bitkilər 1/2 litr suya əlavə edilir və qaynadılır. Bu qarışıq yeməklərdən 1 saat əvvəl 1 fincan içilə bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.