Mütəxəssislər dar alt paltarları geyinən kişilərin nəsil artırma qabiliyyətinin daha aşağı olduğunu deyirlər. Araşdırmalar sübut edir ki, kişi alt paltarları sperma istehsalından cinsiyyət orqanının sağlamlığına qədər hər şeyə təsir edir.
Dar və xüsusilə sintetik alt paltarlar kişilərdə cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur. Bu da nəticədə spermatogenezin pisləşməsinə, müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.
Keyfiyyətsiz, ucuz alt paltarları nəinki spermanın azalmasına, eyni zamanda allergiyaya, qasıqda ağrılara, göbələyin inkişaf etməsinə səbəb ola bilər. Belə ki, dərinin bükülən yerləri dəri iltihabı və göbələyin yaranması üçün uyğun mühitə malikdir. Bunun baş verməməsi üçün pambıq parçadan hazırlanan alt paltarları geyinilməlidir.
Neylon, ipək kimi təri əmməyən parçalardan tikilən alt paltarlarından isə uzaq durmaq lazımdır. Belə parçalar cinsiyyət orqanlarını bədənə yapışdırır, nəticədə həmin bölgədə temperaturun artmasına səbəb olur. Bu da öz növbəsində sperma istehsalının azalmasına və nəsil artırma qabiliyyətinin daha aşağı düşməsinə gətirib çıxarır. Əslində isə orqanizmin sperma istehsal etməsi üçün bədən istiliyindən daha aşağı temperatur (35 dərəcə) olmalıdır.
Odur ki, cinsi problemlərdən əziyyət çəkməmək üçün doğru alt paltarı seçmək vacibdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.