banner
banner

Gündəm

Azərbaycan konsulluğunun qarşısında partlayış

Azərbaycan konsulluğunun qarşısında partlayış

Bu gün iyunun 23-də Rusiyanın Yekatrinbuq şəhərində Azərbaycan konsulluğunun qarşısında eşidilən partlayış səsi təşvişə səbəb olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, güclü partlayış səsi həmin vaxt küçədən keçən trolleybusdan eşidilib. Trolleybusun sərnişinləri təşviş içində onu tərk ediblər, yaxınlıqdakı binanın sakinləri də qorxuya düşüb və küçəyə çıxıb.

Məlum olub ki, partlayış səsi trolleybusdakı hava balonunun partlaması nəticəsində eşidilib. Trolleybusun sürücüsü sərnişinləri sakitləşdirməyə çalışıb, heç kimin xəsarət almadığı bildirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.