Xalq artisti Məleykə Əsədova “Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa şair Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini deyib. Göz yaşlarını saxlaya bilməyən M.Əsədova bunları bildirib: “Verilişə gəlməzdən əvvəl hamı məndən xahiş edirdi ki, şeir deyim. Hər bir insanın ikinci “mən”i var. Ən böyük tənqidçim özüməm. Hər gecə içimdə ikinci “mən”imlə danışıram. Nöqsanlarımı tuturam. Bu həyat yolundan ayaqlarımla deyil, əqidəmlə keçirəm. Allahımı çox sevən insanam”. Daha sonra qızından danışan aktrisa onunla xoşbəxt həyat yaşadığını deyib: “Hədiyyə verməyi çox sevirəm. Ən çox sürprizləri isə qızıma edirəm. Biz bir-birimizi tərifləyirik, hədiyyələr bağışlayaraq yaşayırıq. Həyatımızı bu cür sevinc və sevgi ilə qurmuşuq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.