Fransa prezidenti Fransua Olland Britaniyada keçirilən referendumla bağlı Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının sədri Donald Tuskla telefonla danışıb.
Yelisey sarayının yaydığı məlumata görə, Fransa və Almaniya liderləri arasında telefon danışığı təxminən 20 dəqiqə çəkib.
Günün birinci yarısında Fransa prezidentinin Böyük Britaniyadakı referendumun nəticələrinə dair bəyanat yayacağı gözlənilir.
Aİ nümayəndəsi Donald Tusk məsələ ilə bağlı bəyanatla çıxış edib: "Bu, tarixi andır. Hamını əmin edə bilərik ki, biz bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində Aİ üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Aİ-nin 27 liderinin adından bəyan edirəm ki, biz Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.