Ərdoğan "Brexit"də Avropa İttifaqını günahkar bildi
Böyük Britaniyanın Aİ tərkibindən çıxması İttifaqın yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Biz bütün dünya ilə birgə Böyük Britaniyanın referendumda “hə” deyəcəyini gözləyirdik. Lakin nəticə başqa oldu. Bununla da Avropa İttifaqının yeni dövrü başladı. Uzun müddətdir ki, bir çox məsələlərdə Avropa İttifaqı özünün dəyərlərinə zidd hərəkət edir. Aİ davranışını dəyişməsə, digər ölkələr də İttifaqı tərk edəcək”, - deyə Ərdoğan bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.