"Xəyyamla eyni sinifdə oxumuşuq. Məktəbin ən imkanlı uşağı idi” Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan ötən gün Heydər Əliyev Sarayında baş tutan konsertində deyib.
Müğənni Xəyyam Nisanovla duet oxuduğu və konsertinin adını təşkil edən "Sənə ehtiyacım var” mahnısını səsləndirərkən sənətçi bir xatirəsini tamaşaçılarla bölüşüb:
“Həmişə dalaşırdıq, mənə neftlə məktəbin döşəməsini sildirirdi. İndi bax, Xəyyam, sən hardasan, mən harda?!".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.