banner
banner

Sosİal

Ayların kurslara təsiri...

Ayların kurslara təsiri...
Amerikada aparılan bir araşdırmaya görə, yanvar ayı insanların ən çox idman zallarına, fitnes klublara axışdığı aydır. 
Buna səbəb isə Yeni ildə insanların ən çox arıqlamaq, sağlam həyat tərzi ilə bağlı qarşısına qoyduğu məqsəddir. Amma ən maraqlısı odur ki, ayın sonlarına yaxın idman zalları ənənəvi sayda ziyarətçinin ümidinə qalır. Alimlər onu da müəyyənləşdirib ki, hazırda insanların ən böyük problemi çəki ilə bağlıdır. Yaşı 35-i adlamış insanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. İnsanlar isə dəyişikliyə ilk növbədə xarici görünüşlərindən başlamaq istəyir. Hər halda, bu, ən asan olanıdır. 
 
Dil öyrənmək isə insanın öz intellektual bazasına etmək istədiyi ən mühüm əlavədir. Bu səbəbdən də yeni bir əcnəbi dil öyrənmək karyera, daha çox maddi gəlir üçün əvəzsiz çıxış yolu sayılır. İnsanların dil kurslarına axın etməsinin arxasında məhz bu amil dayanır. Amma maraqlıdır ki, dil kurslarına axın edənlər də məqsədlərini çox vaxt sona qədər çatdıra bilmirlər. Dil kursları daha çox konkret hədəfi (yeni iş, hansısa layihə) olan insanların axıra qədər ziyarət etdiyi məkandır. Burda da hisslər yox, məntiq ön plana çıxır. Elə buna görə də güclü məntiqi olmayan Yeni il hədəfləri məhvə məhkumdur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.