ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaranın Vaşinqtondakı səfirliyinə gələrək Anatürk hava limanında törədilən terror qurbanlarının xatirə kitabına ürək sözlərini yazıb. Bu barədə Anadolu Agentliyi xəbər yayıb.
"Bütün dünya terror aktından sonra Türkiyə ətrafında birləşdi", - deyə Bayden bildirib.
O qeyd edib ki, əgər terrorçular hava limanının terminalına keçə bilsəydilər, onda terror qurbanlarının sayı daha çox ola bilərdi.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.(Trend)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.