banner
banner

Sosİal

Azərbaycanda 16 nəfərdən biri əlildir

Azərbaycanda 16 nəfərdən biri əlildir

Azərbaycanda 570 min əlil var. Ölkə əhalisinin 5,96 faizi əlildir. Onlardan 67 min nəfəri 18 yaşadək olan uşaqlardır.

Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yerli mətbuata müsahibəsində bildirib.

Nazir deyib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Mərkəzin yaxın aylarda istifadəyə veriməsi planlaşdırılır.

S.Müslümov onu da deyib ki, əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarının təmin edilməsi məqsədilə tədbirlər görülür. Nazirlik, ADA Universiteti və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən “Bərabər hüquqlar üçün bərabər imkanlar” devizi altında memorandum imzalanıb. Sənədə əsasən, ictimai yerlərdə (küçə kəsişmələrində, yeraltı keçidlərdə, metro və şəhər nəqliyyatında, hava, avto, dəmiryolu və dəniz limanlarında, məktəb və universitetlərdə, alış-veriş mərkəzlərində və s.) hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə tədbirlər müəyyənləşdirilib. Ölkədəki əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.