banner
banner

Dünya

ABŞ-da polis əməkdaşları iki qaradərilini qətlə yetirib

ABŞ-da polis əməkdaşları iki qaradərilini qətlə yetirib
ABŞ-da qaradərili vətəndaşlara qarşı növbəti polis zorakılığı baş verib.
 
APA-nın xəbərinə görə, Minnesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb.  
 
Məlumata görə, insident zamanı avtomobildə sürücünün uşağı və yoldaşı olub.
 
Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub.   
 
Polis hadisə yerində silahın tapıldığını bildirib.  
 
Daha bir analoji hadisə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.  
 
Qeyd edək ki, bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb. Kadrlarda göründüyü kimi, iki polis əməkdaşı qaradərili şəxsi saxlamağa cəhd edərkən ona atəş açırlar. İki güllə yarası almış 37 yaşlı Alton Sterlinq hadisə yerində keçinib.
 
Məlumata görə, 2016-cı ildə ABŞ-da polis əməkdaşlarının iştirakı ilə 505 qətl hadisəsi qeydə alınıb. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.