banner
banner

Dünya

Dünyada növbəti soyuq müharibə

Dünyada növbəti soyuq müharibə

Beynəlxalq arenada ABŞ-ın hərəkətlərinə qarşı sərt mövqe nümayiş etdirməsi ilə tanınan Macarıstanın Baş naziri Viktor Orban növbəti dəfə Ukraynadakı vəziyyət və Avropanın Rusiyaya təzyiqləri ilə bağlı fikirlər səsləndirib.

Rusiyanın NTV telekanalının məlumatına görə, Macarıstanın M1 telekanalına müsahibəsində ABŞ-ın Ukraynadakı hadisələr fonunda Rusiya ilə yeni soyuq müharibə vəziyyətinə girdiyini deyən Viktor Orban Birləşmiş Ştatların bu qarşıdurmaya köhnə dünyanı da cəlb etmək istədiyini vurğulayıb.

Macarıstanın Baş naziri, həmçinin ABŞ-ı bir çox ölkələrin siyasi həyatına qarışmaqda ittiham edib. Moskva əleyhinə sanksiyaların qatı əleyhdarı olan Viktor Orban bunun Rusiyadan çox Avropa İttifaqına zərər vuracağını demişdi. Daha sonra isə o, Vaşinqtonu Rusiya ilə energetika sahəsində əməkdaşlığa görə Macarıstana təzyiq göstərməkdə günahlandırmışdı.//AzərTac



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.