Sevgilisi Buğra Toplusoyla birlikdə Amerika tətilinə yollanan aktrisa Ceyda Ateş şəxsi həyatı ilə bağlı davamlı olaraq gündəmə gəlməsindən narahat olub. O, hər kəsi öz həyatı ilə məşğul olmağa səsləyib: “Anlamağınız diləyiylə ... Bəli, uşaqlığımdan bəri bu sektorun içindəyəm. Məni az qala hamınız tanıyırsınız, mənim həyatım haqqında çoxunuzun məlumatı var. Hamısını çox yaxşı bilirəm, amma sizin bilmədiyiniz, bəlkə də əhəmiyyət vermədiyiniz bir şey var: Bu, mənim həyatımdır ...Mənim qərarlarım, mənim yollarım... Hamısı yalnız mənə aiddir, zəhmət olmasa, hörmət edin. Sizin həyatımı maqazin vəsaiti etmə istəyinizi anlamağa çalışıram, amma alınmır. Bizim sektorda hər şey göz qarşısındadır, amma şəxsi həyatımız yox, iş həyatımızda. Əminəm ki, mənə qatılan yüzlərlə, hətta minlərlə insan var. Sizdən xahişim odur ki, yalnız işlərimə şərh verəsiniz”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.