Bir sıra qəzet köşklərində, kiçik mağazalarda, istirahət mərkəzlərində konturlar üzərində qeyd edilən məbləğdən baha qiymətə satılır. Belə ki, bəzi yerlərdə 1 manatlıq “Cin”, “Sim”, “Nar” kontur (ödəmə kartı)1 manat 10 qəpiyə, bəzi yerlərdə 1 manat 20 qəpiyə, 2 manat və daha çox məbləğli konturlar isə 20-50 qəpik arasında baha satılır.
Metronun “Gənclik”, “28 may”, “Neftçilər” stansiyaları ətrafında, kənd və qəsəbələrdə yerləşən kiçik mağaza və köşklərdə apardığımız müşahidə deyilənlərin əsassız olmadığını göstərdi. Qəzet köşkündə çalışan satıcı Adil Yusifov konturları baha satmasını belə əsaslandırdı: “Biz konturları şirkətdən yox, böyük marketlərdən alırıq. Onu da bizə elə öz qiymətinə, bəzən isə 1 qəpik ucuz verirlər. Ona görə də məcburuq ki, üzərinə 10-20 qəpik qoyaq ki, bizə də pul qalsın”.
Digər bir kiçik mağaza satıcısı isə konturları ziyanla satdıqlarını deyir: “Biz satdığımız konturun qiymətinin 4 faizini vergi ödəyirik. Bizə qəpik-quruş qalır. Ona görə də bir çox mağazalara kontur satmırlar, ya da balansı artırmaq üçün ”pay-point"lərdən istifadə olunur".
Alıcılar durumdan narazı olsalar da, bəzən təcili kontur lazım olanda elə baha qiymətə almaq məcburiyyətində qaldıqlarını deyirdilər.
“Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Süheylə Cəfərova ödəmə kartlarının qiymətində heç bir dəyişiklik edilmədiyini bildirdi: “Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, şirkət tərəfindən təqdim olunan ödəmə kartlarının qiymətinə hər hansı dəyişikliklər edilməyib. Qiymətlərin aydın və anlaşıqlı olması üçün hər bir kartın dəyəri onun üzərində qeyd olunur. Ölkə ərazisində “Bakcell” MMC-nin danışıq kartlarının satışı ilə məşğul olan 10 000-dən artıq müstəqil satış nöqtəsi mövcuddur. Bu satıcılar müvafiq danışıq kartlarını “Bakcell” MMC-nin distributorlarından əldə edərək faktiki istifadəçilərə satırlar. Müstəqil surətdə fəaliyyət göstərən həmin satıcılar tərəfindən qiymətlərin süni şəkildə artırılmasının “Bakcell” MMC-yə heç bir aidiyyəti yoxdur və müvafiq kartların üzərində qeyd olunmuş nominaldan artıq qiymətə satılması ilə əlaqədar şirkət məsuliyyət daşımır. Şirkət bildirir ki, abunəçilər istifadə etdiyi nömrələrin balansını həmçinin digər alternativ yollar - ödəmə nöqtələri, poçt, bank, internet və ATM vasitəsilə artıra bilərlər".
Sualımız yazılı şəkildə cavablandıran “Azercell”in mətbuat xidməti isə nominallarının qiymətinin dəyişməz olaraq qaldığını dedi: “Qeyd edək ki, abunəçilərimiz ödəmə kartlarını bütün rəsmi diler mağazalarımızdan nominalı üzərində olan qiymətə əldə edə bilər. Bizim nominalların qiyməti dəyişməz olaraq qalır. Qiymətləri qaldıran əsasən qəzet köşkləri, səyyar kiçik satıcılardır. Səyyar satıcıların ”Azercell"lə heç bir rəsmi əlaqəsi yoxdur. Bazar iqtisadiyyatına keçilib və bunun əsas şərtlərindən biri də azad sahibkarlıqdır. Hər bir satıcı müstəqil sahibkardır və “Azercell” onların fəaliyyətinə heç bir müdaxilə edə bilməz. Sahibkarlar qiymət siyasətlərini müstəqil həyata keçirirlər. Məsləhət görə bilərik ki, oxşar problemlərlə qarşılaşmamaq üçün abunəçilərimiz “Azercell”in rəsmi diler və distribyutor dükanlarına müraciət etsinlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov burada istehlakçının aldadılması prosesinin olmadığını dedi: “Əgər alıcı bu kartları alarkən ona rəsmi çek verirlərsə, bu normaldır. Yəni istənilən malı istənilən yerdən alıb, istənilən qiymətə təklif etmək olar. Bu şərtlə ki, dövlətin qanunlarını pozmasın. Əgər kontur satışı zamanı rəsmi kassa çeki vermirsə, bu, istehsalçıların aldadılmasıdır. Əgər kassa çeki vermirsə qarşı tərəfi mülki məcəllənin 200 bəndinə görə istehlakçıların aldadılması kimi şərh olunaraq 400 manatdan 1500 manatadək cərimə oluna bilər. Baha satmaq istehlakçının aldadılması deyil. Bir sıra mallar bu cürdür”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.