banner
banner

İdman

Almeyda: "İkinci oyun daha çətin olacaq"

Almeyda: "İkinci oyun daha çətin olacaq"

"Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubuna qalib gəldikləri oyundan (2:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb

- Oyun haqqında fikirlərin…

- Asan oyun olacağını gözləmirdik. Hər dəfə topu itirəndə əks hücuma çıxmalarından anlayırdıq ki, rəqib çətin komandadır. Qələbə qazansaq da, hələ heç nə həll olunmayıb. Bizi daha çətin cavab oyunu gözləyir. Birinci oyuna necə hazırlaşmışdıqsa, cavab görüşünə də elə ciddi yanaşmalıyıq.

- 2:0-dan sonra sanki komanda rahatlaşmışdı.

- Daha çox qol vurmaq istəyirdik. Lakin rəqib komanda ikinci hissədə qapandı. Müdafiəni yarmaq çətin idi. Bütün futbolçuları meydanın özlərinə aid hissəsinə cəmləşmişdi, sıx müdafiə olunurdular. Belə olan halda rəqibə qol vurmaq asan olmur.

- Hər iki qolu siz vurdunuz.

- Ola bilər ki, qolları mən vurdum. Amma bu, mənim yox, bütöv komandanın qələbəsidir.

- İkinci hissədə zədə aldınız. Vəziyyətiniz necədir?

- Elə də ağır zədə deyil. Hər şey yaxşıdır. Sabah özümü daha yaxşı hiss edəcəyəm.

- Bu qələbə növbəti mərhələyə çıxmaq üçün yetərlidir?

- İkinci oyunun daha çətin olacaq. Biz də buna uyğun hazırlaşacağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.