banner
banner

Şou

Aktrisa üsyan etdi: "Hamilə deyiləm"

Aktrisa üsyan etdi: "Hamilə deyiləm"
Hollivud ulduzu Cennifer Eniston üsyan edib. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa mediaya açıq məktub ünvanlayıb. 

O, hamilə olması ilə bağlı söz-söhbətlərə son qoyub:

"Əvvəl heç vaxt etmədiyim bir şeyə başlayıram. Enerjimi haqqımda yayılan şayiələrə sərf etməyi sevmirəm. Sosial şəbəkədə olmadığım üçün açıq məktub yazmaq qərarına gəldim.

Mən hamilə deyiləm. Ətrafımda dolaşan bu söz-söhbətlərdən bezdim. Jurnalistlərin və ətrafımda olan insanların bədənimi müzakirə etməsindən yoruldum. Məni və həyat yoldaşımı hər gün onlarla aqresiv fotoqraflar izləyir. Onlar bir-iki şəkil çəkmək üçün bizimlə hər yerə getməyə hazırdılar. Onlar düşünmürlər ki, bununla bizim və ətrafdakı insanların həyatını təhlükəyə atırlar. 

Mediada yayılan fotolarımda görünüşümlə bağlı nə gəldi yazırlar: Halimədir? Yoxsa həddindən artıq yeyir? Bu formada necə küçəyə çıxa bilir? Bu görünüşünə görə ailəsi dağılacaq. 

Bütün bu suallara məktubumda cavab verdim. 

Əvvəl medianı karikatura hesab edirdim. Düşünürdüm ki, bu insanlar üçün sadəcə teatr səhnəsidir. Amma artıq belə deyə bilmirəm. İndi jurnalistlər hamilə olub-olmadığımı dəqiqləşdirməyə çalışırlar. Uşağı olmayan qadın uğursuzdur, xoşbəxt deyil. 

Mən də nə vaxtsa ana ola biləcəm. Bunu mediaya deyən ilk insan da özüm olacam. Bir hamburger yeməyim haqqımda hamiləlik xəbərini yaydı. Dostlarım, qohumlarım, tanışlarım isə məni təbrik etməyə başladılar".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.