banner
banner

Şou

Səmra özündən çıxdı: "Bu qədər çirkin olmayın"

Səmra özündən çıxdı:

“Eurovision 2016”  təmsilçimiz Səmra Rəhimlinin Fransada baş verən terror hadisəsinə görə başsağlığı yazması sosial şəbəkədə tənqid olunub. 
Axşam.az-ın məlumatına görə, müğənni ünvanına deyilən təhqirlərə sərt cavab verib:
“Bir insanın ölümünə sevinəcək qədər mərhəmətsiz və çirkin qəlbli insanlarsınız. Nə fərqi var hansı ölkədə baş verib, o ölkə haranı sevir. Bu dəhşətli hadisədir və hər birimizin başına gələ bilər. Söhbət insan həyatından gedir... İnsan bu qədərmi ucuzdur ki, adamlar bir-birinin ölümünə sevinir? İstəyirəm bütün dünyada sülh olsun, insanlar daha ölməsin, terror olmasın, hamı azad, sərbət yaşasın. Qəlbinizdə bir az da olsa, mərhəmət olsun, insan sözünü insansızlaşdarmayın. 

Disiz, ağızsız heyvanlara belə kömək etməyən, onlara Allahın suyunu belə verməyən, onları daşlayan və bundan zövq alıb gülən insanlardan çox şey istəyirəm, bunun fərqinə varıram. Siz başqalarının acısına, ölüsünə hörmət etmədən, bizim acımıza hörmət və anlayış axtarmayın. Bu qədər qəddar olmayın, yazdıqlarımı bütün çirkin ürəkli, qara fikirli insanlara şamil edirəm". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.