Elmar Vəliyevə "şok terapiyası" - OBYEKTLƏRİ BAĞLANIR
Gəncə şəhər icra başçısı Elmar Vəliyevə məxsus olduğu bilinən bir neçə obyekt vergidən yayındığı üçün Vergilər nazirliyi tərəfindən cərimələnib və bağlanıb.
Ölkə.az-a daxil olan məlumata görə, Elmar Vəliyevə məxsus olduğu bilinən Yevlax və Gəncə şəhərlərindəki obyektlərə vergidən yayındığı üçün yüksək məbləğdə cərimələr kəsilib.
Əraziyə ezam olunmuş əməkdaşımızdan əldə etdiyimiz məlumata görə, Yevlax şəhərində Elmar Vəliyevə məxsus olduğu bilinən 3 obyekt vergidən yayındığı üçün yüksək məbləğdə cərimələnib və o obyektlərdən ikisi bağlanıb.
Elmar Vəliyevə məxsus olduğu bilinən Yevlax şəhərindəki pivə zavodu və şüşə sexi cərimələnərək bağlanan iri obyektlər arasındadır. Elmar Vəliyevə məxsus olduğu bilinən "Karvan" adlı böyük bir market isə 200 min manat məbləğində cərimələnib.
Hadisəni dəqiqləşdirmək üçün Ölkə.az-ın Yevlaxdakı əməkdaşı Pivə zavoduna pivə içmək bəhanəsi ilə gedib (zavodun həyətindəki pivəxanaya). lakin zavodun mühafizəçiləri bildiriblər ki, zavod Vergilər Nazirliyi tərəfindən cərimələnib və artıq işləmir.
Əməkdaşımız daha sonra kərpic zavoduna baş çəkib. Əməkdaşımız Elmar Vəliyevin bu obyektinə də düşə bilməyib. Zavodun işçiləri ilə söhbət zamanı isə məlum olub ki, Elmar Vəliyevə məxsus bu müəssisədə artıq iki aydır işçilərə maaş verilmir. Redaksiyamıza daxil olan başqa bir xəbərdə isə dünən yox sırağagün, yəni ayın 23-də, Elmar Vəliyev Yevlaxa gələrək kürqırağı bulvardakı "Sahil" kafesində Yevlax, Bərdə və Tərtərin icra başçıları ilə görüşüb. Məlumata görə, Gəncənin icra başçısı çox hirsli olub və söhbət ərəfəsində hündürdən söyüşlər söyərək kiminsə ünvanına küfrlər yağdırıb.
Xatırladırıq ki, əməkdaşımız hadisələri izləyir və bölgədə Elmar Vəliyevə məxsus olan, Vergilər Nazirliyi tərəfindən cərimələnən digər obyektlərin də adlarını dəqiqləşdirərək baş verənləri oxucumuza operativ şəkildə çatdıracağıq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.