banner
banner

Dünya

Ermənistanda iranlı məhbus intihar edib

Ermənistanda iranlı məhbus intihar edib

Ermənistanda həbsdə saxlanılan iranlı məhbus intihar edib. Bunu İranın Baş Müfəttişlik İdarəsinin sədri Naser Sirac deyib.

N.Sirac deyib ki, intihar edən şəxsin bu addımı atmasına səbəb Ermənistanda məhkəmə prosesinin 6 dəfə təxirə salınması olub: “Bir müddət öncə Ermənistana səfərimiz baş tutmuşdu. Səfər çərçivəsində Ermənistanın baş prokurorluğu və ombudsman aparatında müzakirələrimiz oldu. Həbsdə saxlanılan həmyerlilərimiz haqqında danışıqlar apardıq”.

N.Sirac deyib ki, əcnəbi ölkələrdə saxlanılan şəxslərin əksəriyyəti bu ölkənin qayda-qanunlarını bilmədikləri üçün qanun pozuntusu edir və həbsə düşürlər. Onun sözlərinə görə, Ermənistanda saxlanılan 6 məhbusun İrana təhvil verilməsi haqqında razılıq əldə olunub.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.