Aktyorlar Timur Acarla Eda Özerkanın toyu təxirə düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, buna səbəb Türkiyədə baş verən hadisə və şəhidlərin olması olub.
"Kertenkele" serialının çəkiliş məkanında tanış olub, eşq yaşayan cütlüyün ötən həftə xına gecəsi olmuşdu. Həftəsonu toy etməyi düşünən Eda və Timur məclisin vaxtını bir həftə sonraya salıblar.
Aktyorlar yazılı müraciət də ünvanlayıblar:
"Millətimizin başı sağ olsun. Ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.