Bu il istilər başlayandan günvurma diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 10 müraciət daxil olub.
Bunu virtualaz.org saytına Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, yalnız bir nəfər xəstəxanaya yerləşdirilib.
Amma iyulun ikinci ongünlüyündən havanın hərarəti yüksələrək 39-41 dərəcəyə çatacaq. Deməli, günvurma mövsümü də başlayacaq.
Həkimlər günvurmadan qorunmaq üçün saat 11:00-18:00 arası açıq havada olmamağı məsləhət görürlər. Gün vuran şəxs kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, qulaqlarda küy, huşun itirilməsi ilə müşahidə edilir. Ağır dərəcəli günvurma ölümlə nəticələnə bilər. Buna görə də gün vuran şəxsi sərin yerdə uzatmaq, sərin su içirtmək, alınını soyuq su ilə silmək lazımdır. Bundan sonra isə həkimə müraciət etmək lazımdır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.