banner
banner

Dünya

Məşhur jurnalistin maşını partladıldı: özü həlak oldu

Məşhur jurnalistin maşını partladıldı:

Bu gün səhər Kiyev şəhərinin mərkəzində məşhur jurnalist Pavel Şeremetin olduğu avtomobil partladılıb. Virtualaz.org “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, jurnalist partlayış nəticəsində həlak olub.

Bildirildiyinə görə, maşın “Ukrainskaya pravda”nın rəhbəri Yelena Pritulaya məxsus olub.

Hələlik hadisə barədə açıqlama verilməyib.

44 yaşlı Pavel Şeremet son 5 il ərzində Ukraynada yaşayırdı. 2012-ci ildən “Ukrainskaya pravda” ilə əməkdaşlıq edirdi. 2015-ci ilin sentyabr ayından isə “Radio Vesti”də veriliş aparırdı.

Ukraynaya köçməmişdən əvvəl Şeremet Rusiyanın “Birinci kanal”ında çalışıb və həftəlik “Vremya” (“Zaman”) verilişinin aparıcısı olub. 2008-ci ildə televiziyadan getdikdən sonra “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinin redaktoru işləyib.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.