banner
banner

Sosİal

Aztəminatlı ailələrə şad xəbər

Aztəminatlı ailələrə şad xəbər

Aztəminatlı ailələr üçün şərait yaradılacaq, onlar işləyib pul qazana biləcəklər.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə bu gün keçirilən kollegiya iclasında deyib.

Aktiv sosial müdafiə tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə həsr olunan iclasda aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verilib.

S.Müslümov bildirib ki, dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradıb. “Sərəncamın icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları” hazırlanaraq nazirliyin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Bu qaydalar müvafiq sahədə işlərin daha səmərəli icrasına təminat verir”, - deyə nazir məlumat verib.

S.Müslümov aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə əlaqədar “Məşğulluq haqqında” qanununa əlavə və dəyişikliklərin layihəsinin də hazırlandığını diqqətə çatdırıb: “Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək”.

Bu tədbirlər vasitəsilə həmin aztəminatlı ailələrin nəinki yoxsulluq səviyyəsindən çıxarılmasının, uğurlu biznes fəaliyyəti qurmalarının da stimullaşdırılacağını bildirib. İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə Tədbirdə həmçinin növbəti həftə ərzində məşğulluq orqanlarının iştirakı ilə qeyd olunan məsələlərlə bağlı ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.