banner
banner

Sağlamlıq

Təzyiqi aşağı salan 10 BİTKİ

Təzyiqi aşağı salan

Statistikaya əsasən, dünyada 40 yaşdan yuxarı 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu, ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmazlığı, korluq kimi ağır pozulmalara  səbəb  olur.

Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir.

Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar. Aile.lent.az saglamolun.az-a istinadən həmin bitkiləri təqdim edir. 

Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:

- Nanə

- Yemişan

- Pişikotu

- İtburnu

- Qaragilə (meyvəsi və yarpaqları)

- Qarağat yarpaqları

- Melissa

- Şüyüd

- Zirinc (yarpaqları və meyvəsi)

- Mayaotu toxumu

Bitkiləri dəmləmə şəklində qəbul edirlər (1 x.q. quru ot + 200 ml qaynar su). Bir neçə bitkini birlikdə də istifadə etmək olar (məsələn, 1 ç.q. nanə + 1 ç.q. pişikotu + 200 ml su və s.).

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.