banner
banner

Gündəm

Çavuşoğlu: "Fətullahçı səfirlər də işdən qovulacaq"

Çavuşoğlu: "Fətullahçı səfirlər də işdən qovulacaq"

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırma nəticəsində Xarici İşlər Nazirliyində də vəzifəsindən uzaqlaşdırılanlar olacaq.

"Haberturk" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, FETÖ-çuların nazirlikdə işlə təmin olunmasında kadrlar şöbəsinin xüsusi rolu olub: “Onlardan 34 nəfərinin adını Nazirlər Kabinetinə göndərmişik. Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib. Türkiyə XİN dövlətin sirlərinə malik qurum olduğu üçün və mühüm danışıqlar nazirliyimiz vasitəsilə həyata keçirildiyi üçün həmin xainlərin nazirliyə sızmasının qarşısı alınmalıdır. Odur ki, səfirlər səviyyəsində vəzifəsindən kənarlaşdırılanlar olacaq”.

Nazir, həmçinin ölüm cəzası hökmünün bərpası ilə əlaqədar Avropa İttifaqının Türkiyə ilə bağlı verdiyi açıqlamalara münasibət bildirib: “Avropa İttifaqının bizə göstəriş verməyə haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.