banner
banner

İdman

"Evdə qələbə qazanmaq istəyirik" – "Viktoriya"nın kapitanı

"Evdə qələbə qazanmaq istəyirik" –

"Düşünürəm ki, ötən illə müqayisədə hazırda iki dəfə güclüyük. Hər bir uğursuzluq komanda üçün vacibdir. Çünki belədə səhvləri aradan qaldırmaq üçün düşünmək imkanın olur. Ümid edirəm ki, biz bundan düzgün nəticə çıxaracağıq və yolumuza davam edəcəyik". 

Qol.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hubnik klubun rəsmi saytına açıqlamasında deyib. 

Çempionlar Liqasının ilk oyunu çərçivəsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda danışan 32 yaşlı futbolçu iki il öncə Ağdam təmsilçisi ilə keçirdikləri yoxlama görüşünü də xatırlayıb: 

"İki il öncə "Qarabağ"la keçirdiyimiz yoxlama görüşündə rəqibə uduzmuşduq. Ancaq bu sadəcə yoxlama matçı idi və nəticəsi önəmli deyildi. Həmin matçda mən də iştirak etmişdim. İndi isə hər iki komandanın heyətində dəyişikliklər olub. Biz öz oyunumuzu izləmişik və "Qarabağ"a qarşı necə oynayacağımızı bilirik. Evdə qələbə qazanmaq istəyirik". 

Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.