Futbolçu karyerasını başa vuran "Arsenal"ın canlı əfsanəsi Tyeri Anri gələn aydan etibarən Britaniyanın "Sky Sports" telekanalında şəhrçilik edəcək.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 37 yaşlı fransız hücumçunun yeni iş yerindəki qazancı da açıqlanıb.
O, qarşıdakı 6 ildə 30 milyon avro gəlir əldə edəcək. "Təklif məntiqli görünürdü. Bu seçimimlə futbola yaxın qaldım. Fəaliyyətimlə azarkeşlərin oyunu daha yaxşı anlamasına çalışacam" - deyə Anri bildirib.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü karyerası ərzində "Monako", "Yuventus", "Arsenal", "Barselona", "Nyu-York Red Bulls" kimi klubların şərəfini qoruyub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.