“Palmali International Holding Co Ltd”-nin (“Palmali”) səhmlərinin bir qisminin alınması ilə bağlı danışıqlar aparır.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov səhmlərin çoxluğunu nəzarətində saxlamaq şərti ilə, səhmlərin bir qisminin satışı ilə bağlı SOCAR və ABŞ-ın “Goldman Sachs” bankı ilə danışıqlar aparır. Satılması nəzərdə tutulan səhmlərin sayı və qiyməti açıqlanmayıb. Səhmlərin satışı ilə bağlı danışıqların avqustun sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. “Hürriyet” avqustun sonuna qədər bitəcək müzakirələrin yekununda M. Mənsimovun “Palmali”-nin səhmlərinin bir qismini məhz SOCAR-a satmasının daha yüksək ehtimal olduğunu yazıb. Gəmilərinin yükdaşıma həcmini 3 milyon tondan 5 milyon tona çatdırmağı qarşısına məqsəd qoyan M. Mənsimov səhmlərin bir qisminin satışı nəticəsində yeni gəmilər almağı planlaşdırır.
Qeyd edək ki, SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında SOCAR-ın “Palmali International Holding Co Ltd”-yə 120 mln. ABŞ dolları məbləğində kredit ayırdığın əksini tapıb. Kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik LİBOR üstəgəl 4,5% dərəcəsi ilə ayrılıb. Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməlidir. 31 dekabr 2015-ci il tarixinə “Palmali”yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 122 milyon manatdır.
SOCAR və “Palmali”nin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış Səhmlərin Girovu haqqında Sazişə və Korporativ Zəmanətə uyğun olaraq qarşı tərəf 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi və “Palmali”dəki müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi girov qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 20 mart 2008-ci il tarixində SOCAR-ın törəmə müəssisələrindən biri ilə imzalanmış nəqliyyat xidmətləri üzrə müqaviləyə uyğun olaraq, “Palmali” əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoyub. Bu girov müqavilələri “Palmali”nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaq.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.