banner
banner

Gündəm

Qəddafinin tarixi çıxışı - 'Səddamdan sonra Amerika bizi asacaq' - Video

Qəddafinin tarixi çıxışı -
Liviyanın üsyançılar tərəfindən linç edilərək öldürülən rəhbəri Müəmmar Qəddafinin illər öncə bir tədbirdə etdiyi çıxışı youtube kanalında yayılıb. 122 mindən artıq baxış olan bu çıxışda Qəddafi olduqca maraqlı fikirlər söyləyir. 
Ərəb dövlətlərinin liderlərinin hansısa toplantısında nitq söyləyən keçmiş Liviya prezidenti Səddam Hüseynin nəyə görə asıldığını soruşur. Sabiq prezidentin "Səddamdan sonra növbə bizə çatacaq" deməsi, zaldakılar tərəfindən gülüşlə qarşılanır. Qəddafinin sözlərinə gülənlər sırasında Suriya prezidenti Bəşər Əsəd də var. 
 
M.Qəddafinin çıxışı əslində antiamerika ruhludu. ABŞ-ın ərəb ölkələrinə və xalqlarına qarşı etdiyi gizli-aşkar təxribatlar, parçala hökm et siyasəti bu çıxışda olduqca ağıllı və net bir şəkildə izah edilir. Qəddafinin əslində nə qədər ağıllı və gələcəyi görən bir siyasətçi olduğu bu videodan görünür. Sadəcə "Ərəb baharı"nın yaratdığı ajiotajın üstündən illər keçdikdən sonra 2011-ci ilin yanvarından başlayaraq quzey Afrika və bir sıra Yaxın Şərq ölkələrində baş verən proseslərin mahiyyəti açılır. Həmçinin Qəddafinin çıxışı kimi çıxışlar da o hadisələrin niyə baş verdiyi barədə suallara aydınlıq gətirir. Gerçəkdən də her şeyin zamana ehtiyacı varmış. O zamana ki, dönüb-dolanıb Qəddafini belə haqlı çıxarır... 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.