General Dunford: “Hulusi Akar 2 dəfə mənə zəng etdi”
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford ötən gün mətbuat konfransı keçirib.
Axar.az xəbər verir ki, Baş Qərargah rəisi Türkiyədə baş verən dövlət çevrilişinə cəhdə toxunaraq hadisənin ABŞ generalı Con Kempbell tərəfindən idarə olunduğuna dair yayılan xəbərlərə münasibət bildirib:
“O xəbəri gördüm. Ordu generalı Kempbellin cavabını da gördüm. Başqa gözəl cavab verə bilərdimi, deyə bilmərəm. General Kempbellin belə bir işin içində olduğunu demək absurddur. O, mənim dostumdur və hazırda bir çox iş gördüyünü, bunların arasında Türkiyədə çevriliş planlaşdırmaq olmadığını bilirəm. Bu xəbərin haradan gəldiyini həqiqətən bilmirəm”.
Hərbi çevrilişə cəhdin başda İŞİD-lə mübarizə olmaqla iki ölkə arasında hərbi əməkdaşlığa təsir etməyəcəyini deyən Dunford məsələ ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın ötən həftə ona iki dəfə zəng etdiyini qeyd edib.
Xatırladaq ki, Türkiyədə qiyamı hazırlayan və idarə edən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbellin də olduğu iddia edilib.
Məlumata görə, o, hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edib, həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, general Kempbell çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib.
Məlumatlar yayıldıqdan sonra ABŞ-ın “Vol Strit Jurnal” qəzetinə açıqlama verən Kempbell bu iddiaların əsassız olduğunu deyib:
“Bu, tamamilə axmaqlıqdır. Buna cavab verməyə belə ehtiyac yoxdur”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.