Prezident Rəcəb Tayyib Ərdoğanın Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevrilişi cəhdinə qarşı Türkiyəyə dəstəklərini ifadə etmək istəyən liderlərlə bir sıra telefon danışıqları olub.
Anadolu agentliyinin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Bəhreyn Kralı Hamed bin İsa bin Xəlifə və Birləşmiş Millətlər Təşkilatının bş katibi Pan Gi Munla telefonda danışıb.
Danışıq zamanı liderlər dövlət çevrilişi cəhdinə qarşı çıxdıqlarını, Türkiyədə seçilmiş hökuməti dəstəklədiklərini və bu məsələdə türk xalqı ilə tam həmrəy olduqlarını, həmçinin qiyamçların açdıqları atəş nəticəsində və müqavimət zamanı həyatlarını itirənlər üçün kədərləndiklərini bildiriblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.